Çin və Tayvanda 11 nəfər tufanın qurbanı oldu
16 sentyabr, 2016 15:40
Bu il dünyada baş vermiş ən güclü tufan “Meranti” Çində və Tayvanda 11 nəfərin həyatına son qoyub.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, dünəndən tüğyan edən tufan 330 mindən çox insanın təxliyyə edilməsinə səbəb olub.
Hal-hazırda səngiyən təbiət fəlakəti təxliyyə olunmuş insanların evlərinə qayıtmasına imkan yaradıb.
Hal-hazırda bölgə daha bir tufanın başlmasına hazırlaşır.
Şənbə günü “Malakas” tufanının özü ilə birgə güclü yağışlar gətirəcəyi ehtimal olunur.
1news.az