Xəbərlər

Los Ancelesdə Qarabağa həsr olunmuş sənədli filmin premyerası keçirilib - VİDEO
16 sentyabr, 2016 14:23

ABŞ-ın Los Anceles şəhərində Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş usaqlara həsr olunmuş “Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premiyerası keçirilib. Tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüs və dəstəyi ilə təşkil olunub.

1news.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, təbirdə Los Ancelesdə akkreditə olunmuş ölkələrin baş konsulları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, elm və təhsil xadimləri və digər şəxslər iştirak ediblər.

Nümayişdən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti və bu siyasət nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. Diplomat, azərbaycanlı qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu uşaqların təşkil etdiyini, filmdə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün qurbanı olan bu uşaqlardan bəhs edildiyini diqqətə çatdırıb. 

Baş konsul vurğulayıb ki, Qarabağdakı öz doğma torpaqlarından didərgin salınmış və bütün uşaqlıqları məhv edilmiş azərbaycanlı uşaqlar artıq böyüsələr də hələ də müharibənin və işğalın vurduğu psixoloji zərbələrlə, həmin illərin ağrı-acısını yaşayırlar. O, “Gənc səslər, qədim nəğmə” sənədli filminin də bu qəbildən önəm kəsb etdiyini, bu ekran əsəri vasitəsilə əslində sadəcə azərbaycanlı uşaqların deyil,  dünyanın müxtəlif yerlərində meydana gələn müharibələrin yaratdığı ağrı-acılara və məhrumiyyətlərə məruz qalan günahsız azyaşlıların probleminə diqqət çəkildiyini vurğulayıb.

Baş konsul belə bir sənət əsərinin ərsəyə gətirilməsinə verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə, eləcə də film layihəsinin təşəbbüskarı və müəllifi olan C.Verboka öz təşəkkürünü bildirib. Tədbir filmin nümayişi ilə davam edib. Ermənistanın işğalçılıq siyasətini və azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlər nəticəsində meydana gələn bəşəri faciəni özünəməxsus şəkildə təqdim edən film, tamaşaçılarda böyük marağa səbəb olub.   

Nümayişdən sonra söz filmin müəllifi C.Verboka verilib. O, belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək, filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb, bu barədə tamaşaçıların suallarını cavablandırıb. İstedadlı musiqiçi həmçinin, Azərbaycanın zəngin musiqi irsi və çoxəsrlik mədəni dəyərləri barədə öz xoş təəssüratlarını ifadə edib.

Nümayişdən sonra istedadlı musiqiçi Azərbaycan tarı və kamançasında milli musiqimizdən yadda qalan nümunələr ifa edib. Nümayiş və Azərbaycan musiqisindən nümunələr tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.  

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.