Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 17-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 17-də Abşeron yarımadasında təmiz və sakit hava şəraiti müsbət amil olsa da, havada rütubətin çox olması bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Sentyabrın 18-19-da isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1news.az