Məşhur türk aktyoru həyatını itirdi
16 sentyabr, 2016 13:53
Türkiyənin məşhur kino aktyoru Tarık Akın 66 yaşında həyatını itirdi. O, İstanbul xəstəxanalarından birində xərçəng xəstəliyindən müalicə olunurdu.
Aktyor yaradıcılığı müddətində 70-dən çox bədii filmə çəkilib ki, bunların da bir çoxu beynəlxalq, eləcə də Kann və Berlin festivallarında yüksək mükafatlara layiq görülüb.
Film çəkilişləri ilə yanaşı, xarici görünüşü də Tarık Akının karyerasında əsas rol oyanayırdı. Belə ki, o, öz dövrünün ən yaraşıqlı aktyorlarından biri hesab olunurdu.