Fransada əmək qanunvericiliyində dəyişiklik edilməsinə qarşı aksiya keçirilib
15 sentyabr, 2016 22:00
Parisdə əmək qanunvericiliyində dəyişiklik edilməsinə qarşı çıxış edən etirazçılar və polis əməkdaşları arasında qarşıdurma olub.
Qarşıdurma nəticəsində beşi polis olmaqla, altı nəfər xəsarət alıb. Polislərdən biri yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qarşıdurma zamanı 12 nəfər saxlanılıb.
Etiraz aksiyasında 40 minədək insan iştirak edib. Asayişin qorunmasına 1200 polis əməkdaşı cəlb olunub.