Xəbərlər

Mikayıl Cabbarov: Şagird və tələbələrin qazandığı peşəkar bilik-bacarıqlar, sabahımız üçün möhkəm bünövrədir
15 sentyabr, 2016 14:00

Təhsil naziri Mikayıl Cabbarov yeni tədris ilinin başlaması münasibətilə müəllimlərə, şagirdlərə və onların valideynlərinə müraciət edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Əziz müəllimlər, şagirdlər və valideynlər!

Sizi 15 sentyabr - “Bilik günü” münasibətilə təbrik edir, cansağlığı və uğurlar arzulayıram. Yeni tədris ili bizim ən böyük dəyərlərimizdən biri olan – müstəqillik tariximizin 25-ci ilinə təsadüf edir. Hər bir xalqın inkişafının ən böyük zirvəsi müstəqil dövlətə malik olmaqdır. Bu tarix həm də müstəqil ölkəmizin maarif, mədəniyyət tarixidir. Ulu öndərimizin sözləri ilə desək, müstəqillik illərində Azərbaycan dünyaya günəş kimi doğdu. Bu tarixdə yüz minlərlə şagird ilk dəfə məktəbə qədəm qoyub, məzun olub, tələbə adını qazanıb, əmək bazarında peşəkar vərdişlərini və ən əsası vətəndaş kimliyini təsdiq edib.

Əziz şagirdlər və tələbələr! 
Bu gün sizin təhsildə əldə etdikləriniz – layiqli vətəndaş mövqeyiniz, milli-mənəvi dəyərlər ruhunda yetişməyiniz və qazandığınız peşəkar bilik-bacarıqlar, sabahımız üçün möhkəm bünövrədir. Yeni əsrin ən böyük dəyəri biliyini bacarığa çevirə biləcək insandır. O bilik ki, bu gün daha əlyetəndir, daha nisbidir. Biz bu bilikdən nə qədər pay alarıqsa, o qədər güclü ola bilərik.

Əziz müəllimlər!
Məktəb həyatın özüdür. Bütün çağırışların kökü məktəbdən başlayır. Biz burada böyüyürük, kamilləşirik, şəxsiyyət oluruq. Hamımızın əsas missiyası bu məkanı daim uca tutmaqdır.

Əziz valideynlər!
Məktəbdə sağlam mühitin qorunub saxlanmasında, tədris nailiyyətlərinin artmasında sizin özünəməxsus yeriniz var. Təhsilin ən dayanıqlı bünövrəsi, məktəb-valideyn, məktəb-müəllim, məktəb-şagird üçbucağı olarsa, uğur da davamlı olacaq.

Bir daha yeni tədris iliniz uğurlu olsun!”

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.