Nazir: "Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan götürülməlidir"
14 sentyabr, 2016 11:59
Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır.
1news.az –ın APA-ya istinadən verdiyi məlumata əsasən, bunu energetika naziri Natiq Əliyevbildirib.
Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır.
"Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir", - deyə nazir qeyd edib.
1news.az