Tarkan rekord həddə qonorar qazanıb
14 sentyabr, 2016 11:32
Türkiyə şou-biznesinin superstarı Tarkan konsertdəki çıxışından rekord məbləğdə pul qazanıb.
İfaçı İstanbulda yeddi günlük şou nümyiş etdirib. Tarkan hər konsertindən 1 milyon türk lirəsi qazanıb ki, bu da 540 000 AZN təşkil edir.
Tarkan sentyabrın 17-də konsert proqramı çərçivəsində “Antalya Expo 2016” çıxış edəcək. Bu konsertdə də müğənninin qonorarı 1 milyon olacaq. Ümumilikdə Tarkan 8 konsertdən 8 milyon türk lirəsi qazanacaq (4.320.000 AZN). Bu da türk şou-biznesi üçün rekord həddə qonorar deməkdir.
Habertürk