Xəbərlər

İrandan Azərbaycana narkotik maddə keçirən cinayətkar dəstə zərərsizləşdirilib
14 sentyabr, 2016 18:17

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı sayəsində növbəti dəfə narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.

1news.az-ın məlumatına görə, Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahə­dən İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Belə ki, 8 sentyabr saat 23:00 radələrində Füzuli rayon sakinləri Məmmədov Rəşad Rəsul oğlu və İsayev Bəxtiyar Möhübbət oğlu narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanıblar.

Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Əliyev Ramil Hüseynağa oğlu müəyyən­ləşdirilərək saxla­nıl­ıb.

Sentyabrın 9-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfin­dən Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazi­sində həyata keçirilən tədbir­lər nəticəsində qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Babaşov Novruz Mirzəkişi oğlu və 2001-ci il təvəllüdlü Babaşov Dadaş Novruz oğlu Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanıl­ıblar.

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstər­ən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində yaxalanıblar. 

Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlama­da 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.