İsrailin sabiq prezidenti komadadır
14 sentyabr, 2016 16:05
Dünən insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən İsrailin sabiq prezidenti Şimon Peres süni koma vəziyyətinə salınıb.
1news.az-ın Reuters-ə istinadən verdiyi məlumata əsasən, həkimlər müalicə prosesini rahatlaşdırmaq üçün onu komaya salıb və süni ağ ciyər ventilyasiyası sisteminə qoşublar.
Bundan əlavə, həkimlər Ş.Peresin beyninin maqnit-rezonans müayinəsini aparacaqlar.
Qeyd edək ki, Şimon Peres sentyabrın 13-də xəstəxanaya qaldırılıb.
O zaman, o özündə idi və vəziyyəti stabil kimi qiymətləndirilirdi.
1news.az