Xəbərlər

Moskvada müstəqilliyimizin 25 illiyinə həsr edilmiş jurnal çap olunub
14 sentyabr, 2016 15:52

Rusiyanın nüfuzlu elmi nəşrlərindən biri olan “Müasir elmi fikir” (“Современная научная мысль”) jurnalının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş xüsusi buraxılışı çap olunub.

1news.az xəbər verir ki, elmi jurnalın təsisçisi Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, baş redaktoru isə professor İqor Turitsındır.

Jurnalın xüsusi buraxılışı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Prezident İlham Əliyev – müasir inkişafın Azərbaycan modelinin qurucusu” adlı məqaləsi ilə başlayır. İnstitut direktorunun məqaləsində Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyəti haqqında geniş məlumat verilir.

“Prezident İlham Əliyev bütün dünyaya bəyan edir ki, ermənilər Cənubi Qafqaza XIX əsrin əvvəllərindən başlayaraq köçürülüb gətirilmişlər”, – tarixçi-alim məqaləsində yazır.

Deputat məqalənin sonunda bildirir ki, Prezident İlham Əliyev artıq Azərbaycan tarixinə qurucu Prezident kimi daxil olub.

Bundan əlavə, jurnalda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin “Azərbaycan Respublikasının neft siyasətinin formalaşdırılması və reallaşdırılması”, tarixçi-alimlər Cəbi Bəhramovun “Heydər Əliyevin investisiya siyasətində neft amili”, Sevinc Əliyevanın “Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı müstəqillik dövründə (1991-2016)”, Firdovsiyyə Əhmədovanın “Müasir Azərbaycan dövlətçiliyində Azərbaycan Demokratik Respublikasının ənənələri”, Türkiyənin Karabük Universitetinin dosenti Əli Əsgərin “Həsən bəy Zərdabi – Azərbaycan milli mətbuatının banisi”, professorlar Rauşanbek Absattarov və İohann Raunun “XIX əsr – XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xanlıqlarına köçürülməsi: məsələnin tarixinə dair” və s. adlı məqalələri yer alıb.

“Müasir elmi fikir” jurnalı vasitəsiylə baş redaktor Turitsın, akademik Rafael Hakimov, professorlar İohann Rau, Rauşanbek Absattarov və başqaları Azərbaycan xalqını müstəqilliyimizin 25 illiyi ilə bağlı təbrik ediblər.

Qeyd edək ki, Azərbaycandan bir alim – Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva jurnalın redaksiya heyətinin üzvüdür.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.