Hakerlərin sevimli sosial platforması olan “HackerRank” bütün ölkələr üzrə qiymətləndirmə apararaq ən intellektual proqramçılara sahib ölkələri seçməyə çalışıb.
1news.az Technote-yə istinadən xəbər verir ki, reytinq cədvəlini təyin etmək üçün alqoritm, süni zəka, verilənlərin bazası, maşın dili və s. ilə əlaqədar müxtəlif məzmunlu tapşırıqlar verilib.
Bu tapşırıqların “Python”, “C++”, “Ruby” və s. proqramlaşdırma dillərinin köməyilə həll olunması tələb olunub. Məlum olub ki, ən güclü proqramçılar Çindədir. Belə ki, çinli proqramçılar ən yaxşı riyaziyyatçı olmaqla yanaşı, funksional proqramlaşmada və verilənlər bazası ilə bağlı suallarda daha yaxşı nəticə əldə ediblər.
İkinci yerdə Rusiya, sonrakı yerlərdə isə növbə ilə Polşa, İsveçrə, Macarıstan yer alıb. İnkişaf etmiş ölkələr olan Almaniya 14-cü, Amerika 28-ci və İngiltərə 29-cu yerlərdə qərarlaşıb.
1news.az