Bu telefon 19 milyard ziyan vurdu
13 sentyabr, 2016 20:47
“Galaxy Note 7” smartfonu “Samsung” şirkətinə həm müştəri məmnuniyyəti, həm də hissə dəyərlərində böyük bir zərbə vurub.
1news.az Technote-yə istinadən xəbər verir ki, “Samsung”un bir telefonun ən önəmli təchizat hissələrindən olan batareyada etmiş olduğu istehsal səhvi çox ağır nəticələrə səbəb olub.
Son açıqlanan hesabata görə, 2012-ci ildən sonra ilk dəfə “Samsung”un hissə sənədləri bir gündə 7,6 % dəyər itirib. Bu isə 19 milyard dollara bərabərdir.
Qeyd edək ki, “Samsung” bir neçə gün əvvəl “Galaxy Note 7” almış bütün müştərilərinə xəbərdarlıq etmiş və yeni bir batareya üzərində işlərə başladıqlarını da açıqlamışdı.
1news.az