ABŞ-ın sabiq dövlət başçısı Bill Klinton həyat yoldaşı Hillarinin sağlamlığı ilə bağlı yaranan problemlərə aydınlıq gətirib. Məlum olduğu kimi, Hillari hazırda Demokratlar partiyasından prezidentliyə namizəddir, bu haqda Politico məlumat yayır.
Onun sözlərinə görə, Hillarinin Nyu-Yorkda 11 sentyabr terror qurbalarının xatirəsinə keçirilmiş mərasim zamanı ürəyi getməsinin səbəbi yorğunluq və susuzluqdur. Daha sonra Klinton bildirib ki, belə hallar əvvəllər də baş verib:
“Nadir halda olsa da, daha əvvəllər də Hillari ilə bu, baş verib. O, ABŞ-ın dövlət katibi, daha sonra isə senator olduğu müddətdə də həddindən artıq çalışırdı”.
Hillariyə yaxın mənbədən bildiriblər ki, onun halının pis olması həqiqətən də xroniki susuzluqdandır və o, öz qərargahındakı əməkdaşları ilə tez-tez su içmədiyinə görə münaqişə edir.
Klinton xəstəliyi səbəbindən kampaniyasını təxirə salıb
#hillaryshealth BRAND NEW VIDEO ANGLE. THIS WAS NOT HEAT. SHE HAS BRAIN/CIRCULATION PROBLEMS pic.twitter.com/bw61rMa4DT
— A. wyatt mann (@awyattman88) 11 сентября 2016 г.
RİA Novosti