30 nəfər qılınclı insan sikxlərin məbədinə hücum edib
12 sentyabr, 2016 12:50
Böyük Britaniyanın kurort şəhəri olan Royal-Leminqton-Spada 30 nəfər qılınclı şəxs sikx məbədinə hücum edib və onu ələ keçirib.
1news.az-ın SkyNews-a istinadən verdiyi məlumata əsasən, hadisədən sonra məbədi polis mühasirəyə alıb.
Məlum olub ki, məbəddə sikx cərəyanının davamçısı olmayan insanın toy mərasimi keçirilirmiş.
Münaqişənin yatırılması üçün məbədə polislər və sikx dini liderləri gəliblər.
Məslənin həll olunmasına baxmayaraq Böyük Britaniyanın sikxlər federasiyasının nümayəndələri arasında böyük narazıçılıq müşahidə olunur.
Onlar polislərin məbədi mühasirəyə almasını lazımsız addım kimi qiymətləndirib.
1news.az