Brazilyada keçirilən XV Yay Paralimpiya Oyunlarında daha bir idmançımız medal qazanıb.
1news.az xəbər verir ki, atletimiz Yelena Çebanu bürünc medal qazanaraq Rio Paralimpiyasında ölkəmizin aktivinə 6-cı medalı yazdırıb.
Belə ki, təmsilçimiz 200 metr məsafəyə qaçış yarışlarının final mərhələsində rəqibləri - almaniyalı Katrin Muller-Rotqard, Kuba təmsilçisi Omara Durand və ukraynalı Oksana Boturçukaya qarşı yarışıb. Məsafəni 23,80 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.
Həlledici yarışda Kuba atleti 23,05 saniyə nəticə göstərərək qızıl medal qazanıb. Ukrayna təmsilçisi isə 23,65 saniyə nəticə ilə yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, Y.Çebanu Rio Paralimpiadasının ikinci günündə 100 metr məsafəyə qaçışda gümüş medala yiyələnmişdi.
1news.az