“Apple” şirkətində ixtisarlar
10 sentyabr, 2016 19:05
“Apple” sürücüsüz avtomobil layihəsi ilə əlaqədar şirkətin müxtəlif şöbələrində çalışan onlarla əməkdaşını ixtisar edib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, mütəxəssislərin işdən çıxarılmasına səbəb “Titan” adlı layihənin reallaşmasında şirkətin çətinliklərlə üzləşməsi olub.
Son iki ildə “Apple” bu layihəyə investisiyanı artırsa da, əhəmiyyətli irəliləyişə nail olmayıb.
Qeyd edək ki, ötən ilin sentyabrında mətbuatda sürücüsüz avtomobilin 2019-cu ildə istehsalına başlanılacağı barədə məlumat yayılmışdı.
1news.az