İkinci Dünya müharibəsi dövründə gizlədilən qızıllar tapılıb
10 sentyabr, 2016 16:19
İkinci Dünya müharibəsi dövründə gizlədilən, ümumi dəyəri 65 min ABŞ dolları olan qızıl sikkələr tapılıb.
1news.az Azərtac-a istinadla xəbər verir ki, ağacın altından tapılan qızılların üzərində Almaniyanın mərkəzi bankı tərəfindən vurulmuş “Reyxsbank Berlin 224” möhürü aydın görünür.
Güman edilir ki, bu qızıl pullar 1831-1910-cu illərdə Belçika, İtaliya, Avstriya-Macarıstan və Fransanın pul vahidi olub.
Ekspertlər hesab edirlər ki, bankın qızıl ehtiyatı olan pullar oğurlanıb.
1new.az