Xəbərlər

600-dən çox uşağa məktəbli forması hədiyyə edilib
10 sentyabr, 2016 15:08

Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) yeni tədris ili ərəfəsində I sinfə hazırlaşan 600-dən çox uşağa məktəbli forması və dərs ləvazimatı hədiyyə edib.

1news.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Fonddan bildirilib ki, hədiyyələr aztəminatlı ailələr, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə təqdim olunub.

Uşaqlar üçün hazırlanan çantalara fənlər üzrə dəftərlər, rəsm albomu, rəngli karandaşlar, qələmlər, boya, plastilin, qayçı və digər məktəb ləvazimatları daxildir.

Tədbir Cənub, Şimal-Qərb, Dağlıq Şirvan, Aran regionları üzrə 25 rayondan olan uşaqları, Sumqayıt şəhərində, Abşeron rayonunun Ramana və Masazır qəsəbələrində məcburi köçkünlər üçün fəaliyyət göstərən məktəb və liseylərin şagirdlərini əhatə edib.

Qeyd olunub ki, “Regional İnkişaf” İctimai Birliyi fəaliyyəti çərçivəsində, regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqların dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.