Xəbərlər

Penitensiar Xidmət: “Qadın məhbusun uşağı doğuşdan sonra ölüb”
10 sentyabr, 2016 14:45

Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən Mahnurə Hüseynova istintaq təcridxanasında uşaq dünyaya gətirdiyini, lakin uşağın yoxa çıxdığını bildirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bununla bağlı araşdırma aparıb.

1news.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib.

O deyib ki, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş Hüseynova Mahnurə Heydərəli qızı Bakı İstintaq təcridxanasında saxlanılan zaman hamiləliyi ilə əlaqədar olaraq doğum evinə göndərilib:

“Doğum evində o, qeysəriyyə əməliyyatı edilib və qız övladı dünyaya gəlib. Həmin uşaq yarımçıq doğulduğundan xüsusi aparatda saxlanılıb, anaya və uşağa lazimi tibbi yardım göstərilib. Ancaq bir gün sonra uşaq ölüb. Ölüm faktı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədləşmə işləri aparılıb. M. Hüseynova müalicə kursu keçdikdən sonra təcridxanaya qaytarılıb”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.