Coşqun Rəhimov növbəti əməliyyatdan sonra
09 sentyabr, 2016 10:31
Yaxın günlərdə “Bu şəhərdə” layihəsinin aktyoru Əməkdar artist, tanınmış Coşqun Rəhimov növbəti dəfə əməliyyat olunmuşdu.
3 saat davam edən əməliyyat zamanı limfodüyünlərlə bağlı problem aradan qaldırlıb. Aktyor əməliyatdan sonrakı reabilitasiya müddətini yaxşı keçirib.
“Dostlar, şükür Allaha hər şey qaydasındadır”, - - deyə bu haqda layihə rəhbəri Müşfiq Abbasov Instagram sosial şəbəkəsində qeyd edib.
Xatırladaq ki, C.Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkir. O, ilk dəfə 2010-cu ildə əməliyyat olunub. Əməluyatdan sonra aktyor radiaktiv yodla müalicə kursu keçib.
Mövzu ilə əlaqədar oxuyun:
“Bu şəhərdə” layihəsinin aktyoru Coşqun Rəhimov növbəti dəfə əməliyyat olunub – FOTO
1news.az