Qazaxıstanın baş naziri istefaya göndərilib
08 sentyabr, 2016 18:05
Qazaxıstanın baş naziri Kərim Məsimov vəzifəsindən azad olunub.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat Qazaxıstan prezidentinin rəsmi saytında dərc olunub.
K.Məsimov Milli Təhlükəsizlik Komitəsinin sədri təyin olunub. Baş nazir vəzifəsini isə müvəqqəti olaraq Bakıdjan Sagintayev icra edəcək.
Məlumatda həmçinin bildirilir ki, Milli Təhlükəsizlik Komitəsinin sabiq başçısı Vladimir Jumakanov Nursultan Nazarbayevin məsləhətçisi vəzifəsinə təyin edilib. Hökumət isə yeni heyət formalaşana qədər səlahiyyətlərini icra edəcək.
1news.az