Parlament Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxsi təyin edəcək
07 sentyabr, 2016 20:28
Bu gün Özbəkistan parlamentinin yuxarı palatası Senat və Qanunverici palatanın birgə iclasını keçirməklə bağlı qərar qəbul edib.
Sabah keçiriləcək iclasın gündəliyində duran əsas məsələ ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən şəxsin təyin edilməsidir.
Qeyd edək ki, Kərimovun rəsmi ölüm xəbəri sentyabrın 2-də yayılmışdı. Onu sentyabrın 3-də Səmərqənddə dəfn etdilər. Şəhərdə dəfn mərasimi keçirilib.
Gazeta.ru