Azərbaycanda doktoranturada təhsil alanlara təhsil kreditləri veriləcək.
1news.az APA-ya istinadən xbər verir ki, bu barədə nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, doktoranturanı bitirənlər həmin kreditləri 10 ildən sonra ödəyəcəklər.
Onun sözlərinə görə, artıq bu ildən Təhsil Nazirliyi bakalavrlara təhsil kreditlərinin verilməsinə başlayıb, növbəti ildən bu, doktorantura üzrə də təşkil ediləcək:
“Təhsil krediti ilə doktoraturada təhsil alan bakalavrın bütün yaşayış minimumu - yataqxana, kirayə xərcləri ödəniləcək. Təhsil Nazirliyi 1 tələbənin 4 il ərzində təhsil xərclərinin 20 min dollar həcmində olduğunu müəyyən edib, doktorantura üzrə isə bu xərclər 25-30 min dollar olacaq. Bu vaxta kimi doktorantura 90% ödənişsiz əsaslarla təşkil edilir. Ödənişli təhsil alan doktorantlara kreditlərin verilməsi onların təhsilinə müsbət təsir göstərəcək”.
1news.az