Azərbaycandan Rusiyaya jest
07 sentyabr, 2016 16:24
İdman Arbetraj Məhkəməsi Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması barədə qərar çıxarmışdı.
1news.az xəbər verir ki, qərara əsasən Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi nəzərdə tutulmuşdu.
Lakin, qərar Gənclər və idman nazirliyi tərəfindən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib.
Xatırladaq ki, “Rio-2016” paralimpiya oyunlarına 24 paralimpiyaçımız 6 idman növündə ümumilikdə 41 lisenziya qazanıb.
1news.az