Xəbərlər

Sayğacsız “badımcan” taksiləri: Bakıda işbazlar London taksilərini ələ keçirir?
07 sentyabr, 2016 14:28

Bakı küçələrindəki London taksiləri – bu, sadəcə taksi olmaqdan da üstündür. Belə ki, bu taksilər artıq yerli simvola çevrilib. Xarici görünüşü Britaniyanı əks etdirsə də, lakin Qafqazı da vurğulayır. Hətta nüfuzlu “Forbes” jurnalı bu taksiləri “dəyişkənliklər simvolu” adlandırıb.

Taksinin xarici görünüşünün rənginə görə, el arasında ona “badımcan” adı verilsə də, ilk baxışdan bakılıların və şəhərin qonaqlarını heyran etdi, daha sonra da bu səviyyəni qoruyub saxladı.

Bir müddət elə dövr oldu ki, bu taksilərin sürücülərindən çoxlu sayda şikayətlər eşidildi – gah sərnişinlərlə kobud rəftarı ilə, gah da sərnişinlərə kələk gələrək sayğacları yandırmamaqla bağlı. İctimai rəy, eləcə də müvafiq qurumların işə qarışması bu problemin aradan qalxmasına səbəb oldu.  

“Badımcanlar” digər taksi xidmətlərini demək olar ki, üstələdilər. Maşınların komfortu, müəyyən keyfiyyət standartı, sayğaclarda quraşdırılmış sərfəli gediş tarifi – bütün bunlar London taksilərinin xeyrinə istifadə olundu. 

Görünür, mahnı çox səslənmədi

Jurnalist Vyaçeslav Sapunov öz Facebook səhifəsində qeyd edib ki, sevimli taksilərimizə əvəzləyicilər gəlib. Və bu da xoş deyil:

“Bəd xəbər. Tələsirdim, “Sahil”-dən çıxıb “badımcana”, yəni London taksisinə mindim. Getdik. Sizdə sayğac işləmir? - deyə soruşdum. Nə sayğaç, mayğac – sevincli şəkildə taksi sürücüsü cavab verdi. Heç bir sayğac yoxdur. Bu məmin şəxsi taksimdir. Bu vaxt dərk etdim ki, taksidə olan bütün müəyyənləşdirmə işarələri – taksinin nömrəsi, əlaqə telefonu və s. yoxdur. Bütün bunlar sürücü ilə sərnişin arasındakı şüşəyə yapışdırılırdı. Ətrafa boylandım və gördüm ki, bunlar digər taksilərdə də yoxdur. Bir çox avtomobillərdəki nömrələr götürülüb”.

Eləcə də, V.Sapunov ağlabatan sual verir – bu, nə deməkdir?

“Avroviziya üçün gətirilən və Bakının fəxri olan taksilər indi adi insanların mülkiyyətindədir? Sistem məhv oldu? “Badımcanların” sürücüləri (hamısı deyil) turistləri aldadaraq uzun müddət şəhərimizi biabır edəcəklər.

Bu, bütün şəhər boyunca baş verəcək? Yenidən Bakıda sayğaclarla taksi yoxdur? İndi hər şey elə tez dəyişir ki. Və hər zaman da yaxşılığıa doğru dəyişmir. Məni buna inandırın.

Təəssüf. İnandıra bilmədiniz. Rəylərdə bildirdilər ki, həqiqətən də *9000 badımcanların ilk satışını həyata keçirib. Qiymətlər 19 000 manatdır”, - Sapunov qeyd edir.

Həqiqətən də London taksiləri qeyd etdiyim kimi, şəhərimizin müəyyən simvoludur. Ərtaf  regionda buna rast gəlmək olmur.

Eləcə də, bu taksilər yüksək səviyyədə təqdim edilmişdi.

İlk taksilərlə nəqliyyat naziri Ziya Məmmədovun təqdimatı ilə dövlət başçısı tanış oldu. Bu mövzu ilə bağlı Nəqliyyat Nazirliyinin nümayəndələri çoxlu sayda şərhlərlə çıxış ediblər. Təbii olaraq, Bakı küçələrində adi işbazların taksiləri sürüləcəksə, bu, hər kəsi narahat edəcək.

Belə ki, Sapunovun versiyasına görə, işbazların əldə etdikləri taksilər də Azərbaycanın Nəqliyyat Nazirliyinin şəhərin taksi parklarının yenilənməsi planı üzrə hazırladığı Baku Taxi-nin taksiləri ilə eynidir.

Belə ki, Bakının nə bir, nə iki sakini, eləcə də qonaqlar xarici görünüşü eyni olan taksilərdən məyus qalacaq. Yalnız taksinin içində sayğac və sürücünün ad və soyadı, onun müvafiq lisensiyası, sürücülük kateqoriyası və digər sürprizlər gözləməyəcək... 

Lakin şirkət maşınların taksi sürücülərinin istismarına verilməsi ilə bağlı faktı təkzib edir. Şirkətin adının açıqlanmasını istəməyən nümayədəsi bildirib ki, Azərbaycana gətirilmiş ilk taksilər artıq istifadə müddəti bitib və bunların hesabdan silinməsinə başlanıb. Həmin taksilər indi Bakının müxtəlif dayanacaqlarındadırlar:

“İstisna deyil ki, hansısa sürücü bunu avtomobil hissəsi olaraq alsa da, taksi olaraq istifadə edir”.

1news.az işbazlarla mübarizə aparmaq üçün müəyyən araşdırma apararaq Nəqliyyat Nazirliyinin taksilər üzərində nəzarət bölməsinə - Avtomobil Nəqliyyatının Dövlət Xidməti və Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə müraciət etdi.

1news.az-a Avtomobil Nəqliyyatının Dövlət Xidmətinin mətbuat xidmətini rəhbəri Şəfa Mehmanqızının verdiyi məlumata görə, qurum paytaxt taksilərinə nəzarət etmir və bu məsələ ilə bağlı əlaqəsi yoxdur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova-Məmmədova  bildirib ki, agentlik gələcəkdə paytaxt taksilərinə nəzarət edəcək, lakin hazırda bu sahədə işlə bağlı müyyən konsepsiya var.

Başqa sözlə, bu sahə ilə bağlı hansı qurumun nəzarət etməsi yenə də anlaşılmaz qaldı.

“Sayğacsız taksilərlə necə mübarizə aparaq?” sualına cavab tapma üçün Dövlət Yol Polisi İdarəsinə müraciət etməli olduq.

Həqiqətən də, əbəs yerə olmadı. Belə ki, Dövlət Yol Polisi bu sahədə qayda pozucularına nəzərət edir:

“Buraya əsasən xüsusi icazə (lisenziya) olmadan sərnişinlərin danışması, lisenziya şərtlərinin pozulması, taksi sürücülərinin icabari sığorta işinə nəzarət, sərnişinlərin daşınmasına, eləcə də sayğaclara nəzarət, müəyyənedici işarələr olmadan sərnişinləri daşıyan taksilərə nəzarət, sənədsiz taksi sürücüləri, sərnişinlərin və yüklərin daşınması şərtləri və s. aiddir”.

Sapunovla baş vermiş hadisəni Dövlət Yol Polisi İdarəsindən bildirdilər ki, o, taksinin dövlət nömrəsini bildirməklə quruma müraciət edə bilər və bu sahədə araşdırmalar aparılacaq:

“Qayda pozuntusu aşkarlanarsa, sürücü inzibati məsuliyyətə cəlb oluna bilər”.

Ümid edək ki, Sapunovla baş verən hadisə nadir hal olacaq və digər sərnişinlərin cibinə və sağlamlığına bu taksiləri sürənlər tərəfindən ciddi ziyan gəlməyəcək.

Sayğacsız və müştərilərə standartara uyğun xidmət göstərməyən taksilərlə mübarizə çətin olsa da, lakin yerinə yetirilə bilən məsələdir. 

Söhbət Azərbaycanın hüdudlarından da kənarda səs-sədası yayılan və istifadə şərtləri adi taksilərdən fərqlənən London taksilərindən gedəndə məsələ xüsusi əhəmiyyət kəsb edir.

Ümid edək ki, bu, belə də qalacaq və gələcəkdə də Bakı küçələrini bəzəyən London taksiləri pis nümunə olmayacaq. Onsuz da bu sahədə kifayət qədər pis nümunələr var.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.