Xəbərlər

Üç dildə Qusarın turist xəritəsi hazırlanıb
06 sentyabr, 2016 23:20

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Qusarın turist xəritəsi hazırlanıb.

1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Qusar rayonuna səyahət edən turistlər bu xəritə vasitəsilə rayonun təbii abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə biləcəklər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.

Turistlər bu xəritənin köməkliyi ilə Qusarın ən məşhur görməli yerləri haqqında məlumatları əldə edə biləcəklər. Dağlıq ərazidə yerləşən Ləzə kəndi,1456-cı ildə Şeyx Cüneydin məzarı üzərində ucaldılmış türbə, rayon mərkəzindən 27 km cənub-qərbdə yerləşən Aniq kənd məscidi, “Şahdağ” Turizm Mərkəzi və başqa turizm zonaları xəritədə yer alıb.

Qusarın turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, rayonda fəaliyyət göstərən mehmanxanalardan və “Şahdağ” Turizm Mərkəzindən əldə etmək mümkündür.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə - Gəncə, Xaçmaz, Masallı, Şəki, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.