“Bu şəhərdə” layihəsinin aktyoru Coşqun Rəhimov növbəti dəfə əməliyyat olunub
06 sentyabr, 2016 17:07
Əməkdar artist, tanınmış aktyor Coşqun Rəhimov növbəti dəfə əməliyyat olunub. Aktyor Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub.
“3 saatlıq əməliyyat uğurla keçib, hər şey yaxşıdır. İnşallah, bu üçüncü əməliyyat elə sonuncu olar. Dostlar sağ olun, siz peşəkarsınız. Allah qoysa növbəti dəfə xəstəxanada deyil, konsertimizdə görüşərik”, - deyə bu haqda layihə rəhbəri Müşfiq Abbasov Instagram sosial şəbəkəsində qeyd edib.
Qeyd edək ki, C. Rəhimov xərçəng xəstəliyindən əziyyət çəkir. O, ilk dəfə 2010-cu ildə əməliyyat olunub.
1news.az