Xəbərlər

Mikayıl Cabbarov: “Məktəb direktorları var gücləri ilə çalışmalıdır
06 sentyabr, 2016 15:03

Təhsil Nazirliyində işə yeni qəbul edilmiş məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib.

1news.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirildiyini bildirib.

O deyib ki, əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib:

“İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub”.

Təhsil naziri Mikayıl Cabbarov işə yeni qəbul edilmiş məktəb direktorlarını təbrik edib, onların qarşısında duran vəzifələrə toxunub. Nazir bildirib ki, minlərlə gənc ölkənin təhsil müəssisələrində təhsil almaqla yanaşı, xarici ali təhsil müəssisələrində də dövlət hesabına təhsil almaq hüququ əldə edib. Bütün bu nailiyyətlərin və qarşıda duran çağırışların kökü məktəbdən başlayır:

“İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması, öz uğurunu fərd olaraq deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur. Müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətindən asılıdır. Təhsilin nəticələri yalnız məktəblərdən və burada fəaliyyət göstərən peşəkarlardan asılı deyil. Burada ailənin rolu da müstəsnadır”.

Təhsil naziri şəffaf rəqabət əsasında seçilmiş məktəb direktorlarını üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməyə, rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə var gücləri ilə çalışmağa səsləyib və onlara uğurlar arzulayıb.

Gəncə şəhər 3 saylı tam orta məktəbin direktoru Vüsalə Səfərova müsabiqənin şəffaf keçirildiyini deyib. O bildirib ki, 7 illik iş həyatında ilk dəfə direktor olmaq imkanı əldə edib.

İsmayıllı rayonu 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov müsabiqədən öncə keçirilən təlimlərin çox faydalı olduğunu və gələcək fəaliyyətlərində istinad mənbəyi olacağını söyləyib.

Vidolar üçün - https://www.youtube.com/watch?v=Raf4-3qZZRQ

https://www.youtube.com/watch?v=vY6pKXmoQk0

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.