Çində illərdir pandaların sayını artırmaq üçün aparılan çalışmalar nəticəsini verib.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda pandaların sayının 1864-ə çatdığı bildirilir.
Körpə pandaların sayı açıqlanmasa da, 200-ə yaxın olduğu ehtimal edilir.
Ətraf Mühiti Mühafizə Birliyi (IUCN) panadaların “Nəsli tükənməkdə olan heyvanlar” siyahısından çıxarılmasına baxmayaraq, onların hələ də “həssas” heyvanlar olduğunu bildirib. Bunun səbəbi isə pandaların əsas qidası olan bambuk bitkisinin qlobal istiləşməyə görə getdikcə azalmasıdır. Aparılan araşdırmalara görə, bu bitki 80 il ərzində tamamilə məhv olacaq.
Qeyd edək ki, “Qırmızı kitab”da 82 min 954 heyvan və bitki var. Onlardan 23 min 928-i nəsli tükənmə təhlükəsi ilə üz-üzədir.
Fərid Ədalət