Kabildə terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb
05 sentyabr, 2016 23:57
Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb.
Bu gün Kabildə Əfqanıstan Müdafiə Nazirliyinin binasının qarşısında iki terrorçu-kamikadze özünü partladıb. Ölənlər arasında bir neçə yüksək rütbəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti rəisinin müavini Zaman Əhmədzayın olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.