Cəmi 13 gün tab gətirdi - FOTO
05 sentyabr, 2016 09:42
Çində 13 gün öncə istifadəyə verilmiş dünyanın ən hündür və ən uzun şüşə körpüsü təmirə bağlanıb.
1news.az axşam.az istinadən xəbər verir ki, rəsmi şəxslər körpünün yenidən istifadəyə veriləcəyi tarixi açıqlamayıblar.
Körpü istifadəyə veriləndə gündə maksimum 8 min turistin qəbul ediləcəyi açıqlanmışdı. Lakin, körpüyə maraq çox olduğu üçün daha çox turist gəlib.
Qeyd edək ki, 3,4 milyon dollar xərc çəkilərək tikilən körpünün yüksəkliyi 430 metr, uzunluğu isə 300 metrdir.
1news.az