Leysan yağışlar 4 nəfərin ölümünə səbəb olub
04 sentyabr, 2016 20:41
Güclü leysan yağışlar Meksikada təbii fəlakətə yol açıb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, leysan yağışın yol açdığı dağıntılar səbəbindən Meksikanın müxtəlif ştatlarında ən azı 4 nəfər həyatını itirib.
Çyapas ştatında Tustla-Quterres şəhərində 3 nəfər ölüb. Şəhərdə iki ev dağılıb, körpü çöküb, 75 avtomobilə ziyan dəyib. Hakimiyyət su basan zonadan ailələri evakuasiya edib.
Xalisko ştatında Kasimiro-Kastilo şəhərində isə 1 yaşlı şəxsi su axını aparıb. Yaşlı şəxsin cəsədi axtarışlardan sonra tapılıb.
1news.az