İsveçrəli alimlər məsafədən idarəetmə funksiyasına malik tibbi təyinatlı robotlar yaradıb.
1news.az AMEA-ya istinadən xəbər verir ki, son bir neçə ildə insan orqanizmində müxtəlif manipulyasiyalar həyata keçirə bilən miniatür robotların yaradılması üzrə işlər aparılır. İndi insanın nəzarəti altında hərəkət edən, dərmanları çatdıran və hətta cərrahi əməliyyatlar keçirmək qabiliyyətinə malik mikrorobotlar yaradılıb.
Kiçik ölçülü robot dərman preparatlarını lazımi yerə çatdırmaq, həmçinin yüksək dəqiqlik tələb edən cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. Bundan başqa, robotlar, həmçinin elektromaqnit sahəsinin köməyi ilə məsafədən idarəetmə funksiyasına malikdir.
Mikrorobot, hələ ki, sınaqdan keçirilir. Alimlər bildiriblər ki, “biz bir çox amilləri nəzərə almalıyıq. Ən əsası odur ki, biz əmin olmalıyıq ki, pasiyentin bədənində hər hansı əməliyyat aparan mikrorobot neqativ effekt yaratmayacaq”.
1news.az