Xəbərlər

Prezident: “Fəxr edirəm ki, dünyaya “ASAN xidmət” kimi intellektual məhsul təqdim etmişik”
03 sentyabr, 2016 17:23

“ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycanın ixtirasıdır. Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Masallıda "ASAN xidmət" mərkəzində əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, "ASAN xidmət" Azərbaycanda 4 ilə yaxındır fəaliyyət göstərir və bu qısa müddət ərzində insanların rəğbətini qazana bilib:

“Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq aparılır. Bu, onu göstərir ki, doğrudan da bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı da var. İnsanlar da bu xidməti çox bəyənirlər. Bəyənmə əmsalı 98%-dir. Bu illər ərzində 3 milyon 500 insan "ASAN xidmət" mərkəzlərinə müraciət edib. Müraciətlərin ümumi sayı isə 11 milyon 300-dür. Artıq 11-ci mərkəz fəaliyyətə başlayır.

Bu gün buradaki təqdimatlarda qeyd edilib ki, növbəti mərkəzlərin inşası nəzərdə tutulur, gələn il biz digər bölgələrdə 4 mərkəzin tikintisinə start verəcəyik. Məqsədimiz də ondan ibarətdir ki, bütün bölgələrdə, hər bir yerdə insanlar ictimai xidmətlər sahəsində müasir xidmətlə təmin olunsunlar. "ASAN xidmət" yenilikdir, şəffaflıqdır, mədəniyyətdir. Əslində cəmiyyətdə "ASAN xidmət"in mövcudluğu yeni bir davranış qaydalarını ortaya qoyur. Çünki hamımız yaxşı bilirik ki, əvvəlki illərdə hansısa bir arayışı, sənədi almaq üçün insanlar bəlkə də həftələrlə əziyyət çəkirdilər. İndi isə rahat, mədəni, şəffaf şəkildə, heç bir qanunsuz tələb irəli sürülmədən vətəndaşlar gəlirlər, burada onlara gözəl xidmət göstərilir və onlar bu xidmətdən məmnun qalırlar. 10 səyyar avtobus fəaliyyət göstərir.

Biz çalışırıq ki, ölkə əhalisinin bütün təbəqələrinə xidmət göstərək. Bu mərkəz isə 6 rayona xidmət göstərəcək - Masallı, Lənkəran, Cəlilabad, Lerik, Astara, Yardımlı rayonlarına. Bu rayonlarda 800 mindən çox insan yaşayır. "ASAN xidmət"in fəaliyyəti çox böyük qiymətə layiqdir. Bunu Azərbaycan vətəndaşları görürlər, bilirlər. Mən fəxr edirəm ki, biz müstəqil dövlət olaraq dünyaya intellektual məhsul da təqdim edə bilmişik”.

Prezident bildirib ki, Masallıda yerləşən yeni mərkəz əvvəlki mərkəzlərdən fərqlənir, çünki “ASAN xidmət” öz funksiyalarını genişləndirir:

“Ümumiyyətlə, bu mərkəzlərdə 200-dən çox xidmət növü göstərilir. Ancaq Masallı “ASAN həyat” mərkəzində eyni zamanda kənd təsərrüfatı, bank sektoru, sənaye sektoru, regionların inkişafı istiqamətləri də cəmləşib. Burada mənə təqdim edilən innovativ təşəbbüslər əminəm ki, kənd təsərrüfatı, ailə təsərrüfatı sahələrinə də çox böyük təkan verəcək. Çünki indi bizim əsas məqsədimiz ondan ibarətdir ki, hər bir vətəndaş layiqli işlə təmin olunsun, yaxşı gəlir əldə etsin, sahibkarlıq inkişaf etsin. Bunu etmək üçün biz bir çox layihələri icra edirik.

O cümlədən son vaxtlar özünüməşğulluq sahəsində də önəmli addımlar atılıb ki, iş tapa bilməyən insanlar dövlət dəstəyi ilə işə cəlb olunsunlar, sahibkar olsunlar. Burada mənə göstərilən kiçik emal müəssisələri, əgər belə demək mümkündürsə, müxtəlif kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması istiqamətində bir yenilikdir. İlk dəfə bu, Azərbaycanda tətbiq ediləcək. Mənə göstərilən dörd konteynerdən birində pendir, birində ət məhsulları, birində tərəvəz, digərində isə meyvə çeşidləri emal olunacaq. Yəni, bu, əlavə imkan yaradacaq ki, bizim vətəndaşlarımız yaxşı yaşasınlar.

Bizim əsas məqsədimiz bundan ibarətdir. Burada intellektual oyunların, əyləncə tədbirlərinin keçirilməsi üçün imkanlar var. Gözəl bir ada, gözəl bir park yaradılıbdır. Mən əminəm ki, Masallı sakinləri və digər rayonlardan gələn qonaqlar bu gözəl imkanlardan istifadə edəcəklər. “ASAN xidmət” mərkəzlərinin, xüsusilə Masallıdakı mərkəzin yaradılması ölkəmizin həm gücünü, həm siyasətini göstərir. Ancaq güclü dövlət belə işləri görməyə qadirdir: “Öz xalqına diqqət göstərən hökumət bu işləri görür. “ASAN xidmət” mərkəzlərinin yaradılması üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Artıq 11 mərkəz yaradılıbdır.

Bu mərkəzlər memarlıq əsərləridir. Biz bunu nə üçün edirik? Ona görə ki, insanlar rahat yaşasınlar, heç kim onların haqqını əllərindən almasın, heç kim onlara qarşı əsassız tələblər irəli sürməsin və onlar rahat yaşasınlar, daha da çox fəxr etsinlər ki, Azərbaycan vətəndaşlarıdır”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.