Biləsuvar xəstəxana yenidənqurmadan sonra istifadəyə verilib - FOTO
03 sentyabr, 2016 16:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub.
1news.az xəbər verir ki, Dövlət başçısına bu müalicə ocağında ən müasir tibb avadanlığının quraşdırılması barədə məlumat verilib.
Azərbaycan Prezidenti xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
1news.az