Masallı Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub
03 sentyabr, 2016 15:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
1news.az xəbər verir ki, Dövlət başçısına muzeyin inşasına 2014-cü ildə başlanıldığı və tikinti işlərinin 2016-cı ilin iyulunda başa çatdırıldığı barədə məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə inşaat işlərinin həyata keçirilməsi üçün 2 milyon manat vəsait ayrılıb. Bina üç mərtəbədən ibarətdir. Burada 5 ekspozisiya zalı, fond və iş otaqları, ideoloji mərkəz, rəsm qalereyası fəaliyyət göstərir.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış olub.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı