Masallıda içməli su təchizatı sistemi istifadəyə verildi
03 sentyabr, 2016 14:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.
1news.az xəbər verir ki, Dövlət başçısına şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanıldığı barədə məlumat verilib.
Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.
Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.
1news.az