Xəbərlər

Çaylarda suyun səviyyəsi artıb, bəzi çaylardan sel keçib
02 sentyabr, 2016 16:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 1-i gündüzdən 2-si səhərədək yağan intensiv yağış nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 45-70, Kiçik Qafqazın çaylarında isə 2 sm artım qeydə alınıb. 

Sentyabrın 1-dən 2-nə keçən gecə Qəbələ və İsmayıllı rayonlarının ərazisindən  axan Dəmiraparançaydan və Girdimançaydan qısamüddətli sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 450-920, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 180-200 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, sentyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 155 m3/s olmaqla ongünlük normanın 127 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 20 m3/s olmaqla, ongünlük normanın 27 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 83 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edib.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4 , Salyanda 10,  Bankədə 39 və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 384 sm (2015-ci il sentyabrın 2-də 347 sm), Salyanda 174 sm (2015-ci il sentyabrın 2-də 140 sm), Bankədə 221 sm (2015-ci il sentyabrın 2-də 165 sm), Araz çayının Novruzlu məntəqəsində isə 93 sm (2015-ci il sentyabrın 2-də 68 sm) təşkil edir.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.