Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün təyyarə ilə yola düşüb.
1news.az-ın məlumatına görə, növbəti reyslərin sentyabrın 3-ü, 4-ü və 5-də həyata keçirilməsi nəzərdə tutulur.
Sentyabrın 19-dan isə ziyarətə gedən soydaşlarımız geri dönəcəklər.
Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb.
Xatırladaq ki, ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.
Ötən il Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.
Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
1news.az