“Reuters”: İslam Kərimov vəfat edib
02 sentyabr, 2016 13:50
Özbəkistan prezidenti İslam Kərimov vəfat edib.
1news.az-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyinin yaydığı məlumatda deyilir.
Xatırladaq ki, Özbəkistan prezidenti avqustun 28-də insult keçirərək xəstəxanaya yerləşdirilmişdi. Ötən gün isə Özbəkistan hökuməti İ.Kərimovun durumunun kritik olduğunu açıqlamışdı.
Bununla belə, Özbəkistan prezidentinin ölümü ilə bağlı rəsmi məlumat hələ ki, verilməyib.
Qeyd edək ki, İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə doğulub. 1989-cu ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilib, sonra Özbəkistan SSR-in prezidenti, SSRİ dağıldıqdan sonra isə müstəqil Özbəkistanın prezidenti olub.
1news.az