Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 1-i gün ərzində, 2-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Göygöl və Tərtərdə dolu düşüb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1.0-8.0 mm, Lənkəran-Astara zonasında 1.0-26.0 mm, Astarada 84.0 mm, Lerikdə 41.0 mm, Böyük Qafqazda 1.0-18.0 mm, bəzi dağlıq ərazilərdə 33.0-78.0 mm, Kiçik Qafqazda 1.0-2.0 mm, Qazax-Gəncə zonasında 1.0-8.0 mm, Mərkəzi-Aran rayonlarında isə 1.0-24.0 mm olub.
Şimal-qərb küləyinin sürəti bəzi rayonlarda 18-32 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 20-25 m/s təşkil edib, arabir 28 m/s-dək güclənib.
1news.az