Qurban bayramı ilə bağlı “Azərbaycan Dəmir Yolları” gucləndirilmiş iş rejiminə keçir
01 sentyabr, 2016 11:13
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi müqəddəs Qurban Bayramı və Yeni dərs ili ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq.
1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, departamentin kollektivi bu isahədə ciddi hazırlıq işləri görür.
Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
1news.az