Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 2-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəscək, gündüz mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 24-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 2-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 25-30, dağlarda gecə 13-17, gündüz 18-23 dərəcə isti olacaq.
1news.az