Xəbərlər

AMEA-nın Naxçıvan Bölməsinin Seysmoloji Xidmət mərkəzi istifadəyə verilib
31 avqust, 2016 23:05

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin maddi-texniki bazası gücləndirilib, alim və tədqiqatçılar üçün hərtərəfli iş şəraiti yaradılıb.

1news.az-ın məlumatına görə, bu sahədə görülən işlərin davamı olaraq bölmənin Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji Xidmət mərkəzi istifadəyə verilib.

Avqustun 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Seysmoloji Xidmət mərkəzinin işi ilə tanış olub.

Açılışı bildirən lent kəsildikdən sonra məlumat verilib ki, mərkəzdə ölkəmizdə ilk dəfə tətbiq olunan ABŞ-ın istehsalı olan ən müasir seysmoloji avadanlıqlar və proqram təminatı quraşdırılıb. Yeni avadanlıqlar vasitəsilə muxtar respublikanın Heydərabad, Şahbuz, Babək və Ordubad seysmik məntəqələrindən alınan məlumatlar peyk vasitəsilə Bakıda quraşdırılmış qəbuledici sistemə və eyni zamanda internet vasitəsilə mərkəzdəki kompüterə daxil olur.

Nəzarət kompüteri verilən məlumatları təhlil edir və arxivləşdirərək yaddaşda saxlayır. Yaddaş qurğusu 24 terabayt tutuma malikdir ki, bu da məlumatların uzun müddətə saxlanmasına imkan verir. Həmçinin yeni avadanlıqlar vasitəsilə dünyanın istənilən yerində baş verən seysmik hadisələr haqqında məlumat almaq mümkündür. Bütün bunlar isə seysmik monitorinqlərin aparılması, yerin tərkində tektonik proseslərin izlənməsi və seysmik fəallığın öyrənilməsi proseslərinin operativ şəkildə həyata keçirilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbov tədbirdə çıxış edərək deyib:

“Naxçıvanın seysmik cəhətdən aktiv ərazidə yerləşməsi və blokada şəraitində olması nəzərə alınaraq 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun nəzdində Seysmoloji Xidmət mərkəzi yaradılıb. Ötən dövrdə muxtar respublikada bu sahədə bir sıra tədbirlər görülüb, Heydərabad, Şahbuz, Babək və Ordubad seysmoloji məntəqələri fəaliyyətə başlayıb.

Lakin Seysmoloji Xidmət mərkəzinin avadanlıqları ötən əsrin 50-60-cı illərinin istehsalı olduğundan müasir tələblərə cavab vermirdi. Ona görə də Amerika Birləşmiş Ştatlarının bu sahədə fəaliyyət göstərən şirkəti ilə müqavilə bağlanılaraq yeni avadanlıqlar alınıb quraşdırılıb, muxtar respublikadakı məntəqələrlə əlaqələr yaradılıb və seysmoloji xidmət sahəsində fəaliyyət müasir tələblər səviyyəsinə çatdırılıb. Quraşdırılan yeni avadanlıqlar hesabına muxtar respublikanın ərazisində, ümumilikdə isə regionda seysmoloji aktivliyə tam nəzarət etmək mümkündür”.

Ali Məclisin sədrinin sözlərinə görə, Mərkəzin qarşısında duran əsas vəzifə muxtar respublika ərazisində seysmoloji dəyişiklikləri qeydə almaq, təhlil etmək və aidiyyəti üzrə məlumat verməkdən ibarətdir.

V.Talıbov seysmoloji xidmət sahəsi üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini bildirib, kollektivi təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublikada elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərə və yaradılan şəraitə görə alim və tədqiqatçılar adından Ali Məclisin sədrinə minnətdarlıq edib.

Ali Məclisin sədri seysmoloji xidmətin təşkili və bu sahədə elmi-tədqiqat işləri aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.