Müdafiə Nazirliyi təkzib etdi: “Bu xəbər yalandır”
31 avqust, 2016 10:19
“Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) yaydığı açıqlama qeyd olunub.
Nazirlikdən bildirilib ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır.
Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirib ki, Silahlı Qüvvələrimiz haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir.
1news.az