“Yeni Yaşma” Külək Elektrik Stansiyası (KES) tezliklə “Azərenerji” ASC-nin şəbəkəsinə qoşulacaq.
1news.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli deyib.
N.Yusifbəylinin sözlərinə görə, adıçəkilən stansiya ilə bağlı aparılan işlər indi yekunlaşmaq üzrədir:
“Orada müəyyən işlər görmüşük. Yəqin ki, yaxın həftələrdə, bu ay və ya gələn ay bu stansiya da şəbəkəyə qoşulacaq. Stansiyanın gücü 50 MVt-dır. Hazırda orada bəzi təşkilati problemlər qalıb”.
Agentlik rəsmisi alternativ enerji tarifləri ilə bağlı Tarif Şurası ilə müzakirələrin davam etdirildiyini vurğulayıb:
“Tariflərlə bağlı Şura ilə müzakirələr aparılır. Bu, dövlətin siyasətidir, qiymətləri də dövlət elan edəcək”.
1news.az