Xəbərlər

Yol polisi sürücülərə müraciət edib
31 avqust, 2016 13:12

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib.

1news.az xəbər verir ki, müarciəti İdarənin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov edib.

O deyib ki, müraciət yol hərəkəti təhlükəsizliyi baxımından sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası ilə əlaqədardır.

O qeyd edib ki, tədbirlə bağlı Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimindən sonra “Baku Crystal Hall”da davam edəcək yarışın iştirakçılarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın mərkəzində yerləşən hotellərdən yarışın keçiriləcəyi arena istiqamətində onların yol polisi tərəfindən müşayiəti təmin olunacaq:

“Bununla əlaqədar olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə, avtomobil sahiblərinə və əhaliyə müraciət edərək bildirir ki, yarışın əhəmiyyətini nəzərə alaraq mərkəzi küçələrdə, xüsusilə hotellərin yerləşdiyi ərazilərdə, eləcə də həmin ərazilərə bitişik küçə, prospekt və yollarda şəxsi avtomobillərdən az istifadə etsinlər.

Söhbət məhdudiyyətdən getmir, sadəcə sürücülərə çağırış edirik ki, tədbir zamanı bu ərazilərdən az istifadə etsinlər, tədbiri nəzərə alsınlar. Sürücülər əsasən paytaxtın Azadlıq, Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza, Üzeyir Hacıbəyli küçələrində, “Azneft dairəsi”, Azadlıq meydanı, Bayraq Meydanı istiqamətlərində və həmin ərazilərə paralel, bitişik küçələrdə diqqətli olsunlar. Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən hotellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur. Sürücülərdən, paytaxt sakinlərindən xahişimiz odur ki, həmin ərəfədə bunu nəzərə alsınlar”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.