Norveçdə yüzlərlə maralın cəsədi aşkar edilib
30 avqust, 2016 15:54
Norveçin cənubunda yerləşən milli parkdakı dağlıq ərazidə xeyli sayda maralın cəsədləri aşkar edilib.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, baş verən güclü qasırğa nəticəsində 300 baş maral tələf olub. Onların güclü ildırım vurmasından öldükləri güman edilir.
Parkın nəzarətçilərinin sözlərinə görə, marallar soyuq və qasırğalı havada biri-birilərinə çox yaxın dururlar və görünür bir güclü ildırım onların hamısını öldürməyə bəs edib.
Ekspertlərin sözlərinə görə, bu cür hallar əvvəllər də baş verib. Lakin tələfatın belə böyük miqyasda qeydə alınması halı ilə ilk dəfədir ki, rastlaşırlar.
1news.az