“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı “Beynəxalq Gənclər Düşərgəsi” keçirir.
İttifaqdan 1news.az-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən, fərqli mədəniyyət və dinlərə sahib gənclərin toplaşdığı düşərgə çərçivəsində iştirakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Heydər Əliyev Mərkəzi və bir sıra mədəni - tarixi abidələrlə tanış olublar.
İştirakçılara Azərbaycanın zəngin mədəni tarixi, tanınmış şəxsiyyətləri barədə geniş məlumat verilib. Eyni zamanda multukulturalizm, tolerantlıq məkanı olan ölkəmizdə tarixən müxtəlif xalqların mədəniyyətlərarası, dinlərarası dilaloq və sülh şəraitində yaşadığı bildirilib.
Qeyd edək ki, bir həftə ərzində davam edən layihə çərçivəsində gənclərə rasizm, miqrasiya və qaçqın problemi kimi mövzularda təlimlər, simulyasiya oyunları layihələrin idarə olunmasi olunması ilə bağlı məlumatlar verilib. Layihənin öz işini 31 avqusta yekunlaşdırması nəzərdə tutulub.
1news.az